'Atena' süd məhsulları mətbuata açıq hücuma keçir

İQTİSADİYYAT
11:13 06.08.2012
3698
«Atena» Süd və Süd Məhsulları şirkəti Qaynar.info Milli Xəbər Portalı da daxil olmaqla, bir neçə informasiya resursunu məhkəməyə verib. Qaynar.info özəl mənbələrə istinadən xəbər verir ki, şirkət portalımızda may ayının 14-də “Tribuna” İnformasiya Agentliyinə(tia.az) istinadən dərc olunan “”Atena”nın məhsulları təhlükəlidir?” başlıqlı yazıya görə 3 ay sonra Nəsimi rayon Məhkəməsində mülki qaydada iddia qaldırıb. Şirkətin məhkəmə iddiasında portalımızın təxminən 30-40 manat həcmində cərimələnməsi ilə bağlı məqam yer alıb. Məsələ ilə bağlı açıqlama yayan Qaynar.info Milli Xəbər Portalı bəyan edir ki, baxmayaraq ki, məlum yazı portalda digər agentliyə istinadən dərc olunub, ancaq onlar məsuliyyətdən qaçmırlar: “Biz məhkəmədə sözümüzü deyəcəyik. Sadəcə məsələnin prinspial tərəfi “Atena”nın problemi Mətbuat Şurası səviyyəsində həll etmək imkanı varkən, məhkəməyə müraciət etməsidir. Bu şirkətin mətbuata olan düşmən münasibətindən xəbər verir. Bu gün ölkə prezidenti cənab İlham Əliyev səviyyəsində mətbuata dövlət qayğısı siyasəti reallaşdırılır. Hər gün müxtəlif mətbu orqanlarda hakimiyyətin ən iri ranqlı məmurları, ayrı-ayrı şirkətlər tənqid olunur, barələrində ən ağlasığmaz informasiyalar yayılır. Ancaq onların demək olar ki, hamısı cənab Prezidentin Azərbaycanda azad mətbuatın inkişafına dəstək siyasətindən örnək götürərək, buna dözümlü yanaşırlar. Barələrində yayılmış xəbərlərlə bağlı rəsmi mövqelərini bildirməklə yaranmış anlaşılmazlığa son qoyurlar. Ən pis halda isə məsələlər Mətbuat Şurası səviyyəsində həll olunur. Çünki Şura mətbuatla dövlət qurumları, ictimaiyyət arasında münasibətləri tənzimləyən ən ali qurumdur.

Belə bir situatsiyada “Atena”nın birbaşa məhkəməyə müraciət etməsi ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən uğurlu mətbu siyasətə açıq meydan oxumaqdır. Ancaq bu bizi qorxutmur. Hər gün “Atena” şirkəti ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Qoy onlar bizi məhkəməyə verməklərində olsunlar, bizdə bu məlumatları araşdırmaqda…”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU