Ötən gün axşam saat 19.00 radələrində erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tərtər rayonunun işğal altında olan Seyidsulan kəndində bir mülki şəxs yaralanıb. ANS PRESS-in Qarabağ bürosundan verilən məlumata görə, xəsarət alan Qapanlı kənd sakini Əliyev Daşqın Yusif oğludur. Həmkəndlisi ilə əkin sahəsinə gedən Daşqın Əliyev snayperlə vurulub. O dərhal Tərtər rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, güllə onun sol döş qəfəsinin 3/1 hissəsindən girərək kürəyindən çıxıb. Yaralıya ilkin tibbi yardım göstərilib və hal-hazırda onun vəziyyəti qənaətbəxşdir.