ATGTİ üzvləri koreyalı gənclərlə görüşdülər -FOTOLAR

GƏNCLİK
10:25 09.06.2011
2224

ATGTİ-dən AZXEBER.COM portalına verilən məlumata görə, builki mübadilə proqramı çərçivəsində Azərbaycanda səfərdə olan koreyalı gənclərlə dünən – 8 iyun 2011-ci il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında görüş keçirildi. Görüşün əvvəlində qonaqları salamlayan İttifaqın sədri Şahin İsmayilov ATGTİ haqqında geniş məlumat verərək qonaqları həyəta keçirilmiş böyük layihələrlə tanış etdi.

Öz növbəsində qonaqlar iki ölkə arasında gənclər və digər sahələrdə əməkdaşlığın sürətli inkişafından danışaraq, Azərbaycan tərəfinə ölkəmizdəki təhsil sistemi, tələbə təşkilatları və bu kimi mövzularla bağlı suallar verdilər. ATGTİ nümayəndələri verilən sualları ətraflı şəkildə cavablandırdılar.

Daha sonra koreyalı gənclər öz milli musiqi alətlərində bir neçə mahnı ifa edərək, milli geyimlərində rəqs nümayiş etdirdilər. Görüşün sonunda onlar  milli adət-ənənələrini, tarix və coğrafiyalarını əks etdirən video materiallar göstərib, İttifaqa hədiyyələr təqdim etdilər.

Qeyd edək ki, koreyalı gənclər 31 may tarixindən Azərbaycandadırlar və səfər çərçivəsində onlar Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı əldə etmişlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR