ATGTİ-də 31 Martla bağlı virtual aksiya keçirildi (FOTO)

GƏNCLİK
12:37 31.03.2011
2140

Təşkilatın mətbuat xidmətinin rəhbəri Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, aksiyada paytaxtın 10-dan çox ali təhsil ocağından 20-dən çox tələbə iştirak edirdi. Aksiyanı giriş sözü ilə açan ATGTİ-nin sədri Şahin İsmayilov 1918-ci il 31 mart soyqırımı haqqında gənclərə məlumat verdi və bu soyqırımın beynəlxalq müstəvidə hələ də laiqli qiymət almadığını bildirdi.

Aksiya çərçivəsində ATGTİ-də toplaşan gənclər Avropa Şurasının, Avropa Parlamentinin, BMT-nin müxtəlif strukturlarının, nüfuzlu beynəlxalq siyasi təşkilatların, xarici ölkələrin parlament üzvlərinin və xarici diplomatik korpusların elektron poçt ünvanlarına 1918-ci ilin martında ermənilər tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi terroraktları barədə ümumilikdə 25.000-dən çox elektron ünvana bir neçə dilə tərcümə olunmuş minlərlə məlumatlar və fotoşəkilləri göndərildi.

Qeyd edək ki, bu cür virtual aksiyalar artıq 5 ildir ki keçirilir. Aksiyalarda paytaxt gəncləri ilə birgə regionlardakı gənclərimiz də fəal iştirak ediblər.

DSC06899

DSC06916

DSC06900

OXŞAR XƏBƏRLƏR