19 may 2011-ci il tarixində, saat 15:00-da ATGTİ-nin qərargahında (28 May küçəsi 9. Tel: 493 96 24) kitabçanın təqdimat mərasimi keçiriləcək.
Mərasim çərçivəsində “Boloniya yaddaş kitabçası” haqqında ətraflı məlumat veriləcək, Baloniya prosesinin prinsipləri, təhsildə kreditin mahiyyəti haqqında danışılacaq.
Qeyd edək ki, Avropa təhsil sisteminin qısa xülasəsi olan kitabçada tələbələr onları maraqlandıran bir çox suallara cavab tapa biləcəklər.