Təlimin məqsədi fövqəladəhallar baş verən zaman təcili və təxirəsalınmaz tədbirlərin görülməsi, fövqəladəhalların nəticələrinin aradan qaldırılması ilə bağlı tələbələri maarifləndirməkdir.
2 saat davam edəcək təlim nəzəri və praktik hissədən ibarət olacaq. Birinci hissədə (11:00-12:00) ATGTİ-nin sədri Şahin İsmayilov, Regional Mərkəz rəisinin birinci müavini Kamil Bağırov, ADPU-nun rəhbərliyi və tələbələrin iştirakı ilə konfrans keçiriəcək. Konfransda mövzu ətrafında çıxışlar ediləcək və təlimin əhəmiyyətindən danışılacaq.
İkinci hissədə (12:00-13:00) ADPU-nun həyətində təlimlər olacaq. Tələbələr FHN texniki avadanlıqlarından istifadə eədərək fövqəladə hallarla bağlı biliklərini əyani olaraq nümayiş etdirəcəklər.