ATGTİ sədri gənc təbiblərin forumunda iştirak etmək üçün Almaniyaya yola düşdü
GƏNCLİK
18:33 08.04.2011
2239
Forumun təşkilatçıları Alman Akademik Mübadilə Xidməti (DAAD), Azərbaycan Höküməti, Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi və Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumudur(ASAİF).
Forum çərçivəsində iştirakçılar dünya səhiyyə və tibb təhsili sistemində yeni iş mexanizmləri ilə tanış olacaq, onların ölkəmizə inteqrasiyası istiqamətində müzakirələr aparacaqlar. Forumun Azərbaycandan olan iştirakçıları üçün peşə, elm və təhsil sahələri üzrə arzu etdikləri əməkdaşlıq əlaqələrinin qurulmasına köməkliklər göstəriləcək.