ATGTİ "Yaşayan tarix"imizi unutmadı

GƏNCLİK
10:05 07.05.2011
2005
 
Prezident Administrasiyası İctimai–siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev layihənin həyata keçirilməsini gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün uğurlu addım adlandırmış, gənclərə hərbi işin sirlərinin öyrədilməsinin vacibliyini qeyd etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə həyata keçirdiyi məqsədyönlü işlərdən danışmışdır.
Layihənin rəhbəri Lamiyə Hüseynovanın sözlərinə görə, “Yaşayan tarix”in əsas məqsədi 1941-45-ci illərdəki Böyük Vətən Müharibəsinin iştirakçılarını gənclərimizə tanıtmaq və hazırda yaşayan müharibə veteranlarının dilindən bird aha o günlər barəsində gənc nəsildə təəssürat oyatmaqdır. L.Hüseynova qeyd edib ki, yaşlı nəslin veteranlarının gəncliyə tanıdılması həm də cəmiyyətdə mübarizlik və qələbəyə inam ruhu köklənməsi üçün əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə çərçivəsində çəkilmiş video materiallarla maraqlanan hər kəs, saytımızda yerləşdirilmiş xüsusi keçiddən istifadə edərək, videoları izləyə bilər.

OXŞAR XƏBƏRLƏR