ATGTİ bloggerləri sevindirəcək

GƏNCLİK
16:31 07.09.2011
1959
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələrin maraqlarına əks etdirən fəaliyyətini davam etdirir.

Təşkilatın mətbuat katibi Məcid Musayevin AZXEBER.COM-a verdiyi məlumata görə, gənclərin maraqlarını qarşılamaq məqsədi ilə ATGTİ-nin nəzdində müxtəlifyönümlü işçi qrupları yaradılmışdır. Hazırda fəaliyyət göstərən Ekologiya, Tarix, Psixologiya, Sosiologiya, Hüquq işçi qrupları sırasına yeni “Gənc bloqçular” işçi qrupu da qatılmışdır.

Yeni yaranmış işçi qrupunun məqsədi internet məkanına baş verən yenilikləri, xəbər və hadisələri, maraqlı faktları bir araya toplayaraq, Azərbaycanda gənclər arasında bloqçuluğun (bloqgerliyin) - yeni media, sosial media və vəntəndaş jurnalistikasının düzgün inkişafına kömək göstərməkdir. Bu sahə ilə maraqlanan tələbələr işçi qrupunun keçirdiyi təlim və seminarlarda media sahəsinin mütəxəssislərindən dərs alacaqlar.

İşçi qrupu təlimlərlə yanaşı gələcək fəaliyyətində genişmiqyaslı layihələr reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, artıq “Gənc Bloqçular” işçi qrupu üçün sosial şəbəkələrdə qrup və xüsusi səhifələr yaradılıb ki, onlar öz ətrafları son 48 saat ərzində 100-dən çox gənc toplaya bilmişdir.

OXŞAR XƏBƏRLƏR