ATGTİ-nin yeni icraçı direktoru bu qız oldu - FOTOLAR

GƏNCLİK
14:11 08.04.2015
14701

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) struktur dəyişiklikləri olub və xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamenti təsis olunub.

AZXEBER.COM-un məluamtına görə, ATGTİ-nin yeni icraçı direktoru Nigar Süleymanlı təyin edilib. Qeyd edək ki, Nigar Süleymanlı ATGTİ-nin İnsan resursları departamentinin direktoru vəzifəsində çalışıb. Yeni yaradılmış xaricdə təhsil alan azərbaycanlı tələbələrlə iş departamentinə isə 2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili üzrə Dövlət Proqramı ilə Qlazqo Universitetində təhsil alan Toğrul Məmmədli direktor təyin edilib.

Yeni icraçı katib 24 yaşlı Nigar Süleymanlı Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinin məzunudur. Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) bundan öncəki  icraçı direktoru Şəmsi Gülverdiyev idi.

AZXEBER.COM yeni icracı direktorun fotolarını təqdim edir:

OXŞAR XƏBƏRLƏR