ATGTİ sədri İqtisad Universiteti tələbələrinin etirazından danışdı

SOSİAL
13:32 04.05.2021
2268
Xəbər verdiyimiz kimi, ötən gün İqtisad Universitetində imtahan suallarının verilməməsinə etiraz edən bir qrup tələbə universitetinin önündə aksiya keçirməyə cəhd edib.
 
Aksiyaya cəhd edən tələbələr həmin ərazidən uzaqlaşdırılıb.
 
Bəs görəsən tələbələrin etirazları nə dərəcədə düzgündür?
 
AZXEBER.COM bu sualla ölkənin ən böyük tələbə təşkilatı olan "Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"na müraciət edib.
 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli bildirib ki, tələbələr bir çox hallarda imtahanlarla bağlı məsələlərə həssas yanaşır və bu mövzuda verilmiş qərarlar bəzən onların fikirləri ilə üst-üstə düşmür: "Ümumi danışsaq, tələbələr müəyyən vaxtlarda, xüsusilə də imtahan dövrlərində öz müxtəlif fikirlərini irəli sürə bilirlər. Bəzi hallarda tələbələrin bu düşüncələri universitetlərin qərarları ilə uzlaşmır. Düşünürəm ki, universitet rəhbərlikləri də bu cür həssas məqamlarda tələbələr üçün keyfiyyətli təhsilin təminatı, onlar üçün sağlam akademik mühitin qurulması prinsiplərini əsas tutmalıdırlar. Ümid edirəm ki, İqtisad Universiteti də bu prinsipləri əsas tutaraq bu həssas məqamda düzgün qərar verəcəkdir”.

"Bəs tələbələr öncədən etirazlarını ATGTİ-yə bildiriblərmi?" sualına təşkilatın sədri belə cavab verib: "Bu məsələ ilə bağlı ATGTİ-nin öz səhifəsində paylaşım edib, tələbələrin fikirlərini müvafiq formada təhsil müəssisəsinə çatdırmışıq".

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR