QHT Agentliyi 415 təşkilatın layihəsini maliyyələşdirdi - VİDEO

SOSİAL
18:22 14.12.2021
703
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsinin nəticələrinə həsr olunmuş brifinq keçirib.
 
AZXEBER.COM xəbər verir ki, brifinqdə Agentliyin icraçı direktoru Aygün Əliyeva 2021-ci il üçün müsabiqəyə təqdim edilən layihələr haqda məlumat verib.
 
O bildirib ki, qrant müsabiqəsi Agentliyin yeni yaradılan e-qrant.az saytı vasitəsilə həyata keçirilib.
 
Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib.
 
415 QHT-nin layihəsinin maliyyələşməsi haqda qərar qəbul edilib. 
 
Tədbirdə daha sonra Agentliyin yeni loqosu jurnalistlərə təqdim edilib. 
 
Ayşən Mirzəyeva
 

OXŞAR XƏBƏRLƏR