Azərbaycanda pandemiya dövründə könüllülərin informasiya mərkəzi təsis olundu – “Konulluyem.az”

SOSİAL
16:14 06.11.2020
291

2020-ci ilin Azərbaycanda könüllülər ili olunmasından sonra bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası (Covid-19) beynəlxalq tədbirlərin və idman yarışlarının təxirə salınmasına səbəb oldu. Buna baxmayaraq, belə bir dövrdə könüllülər ölkədə pandemiyaya qarşı mübarizədə hökumət qurumlarına dəstək fəaliyyəti həyata keçirir, müxtəlif şəhərlərdə maarifləndirmə işlərində yaxından iştirak edirlər.

"Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım”İctimai Birliyi belə bir zamanda gənclərin mobil şəbəkəsini yaratmaq və könüllülərin pandemiya dövründəki fəaliyyətlərini daha səmərəli etmək üçün "Pandemiya dövründə könüllülərin informasiya mərkəzi”nin yaradılmasına start verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihədə informasiya mərkəzinin yeni adda saytı fəaliyyətə başlayıb. "Konulluyem.az” adlı sayt genişfunksiyaları ilə bir çox yenilikləri özündə ehtiva edir.

İnformasiya mərkəzinin rəsmi internet səhifəsində (konulluyem.az) "Haqqımızda”, "Mən necə könüllü ola bilərəm?”, "Könüllü xəbər”, "Könüllü yazır”, "Əlaqə” bölmələri fəaliyyət göstərir.

"Haqqımızda” bölməsində layihənin ümumi məğzi və hədəf qrupları haqqında məlumatlar əks olunub.

"Mən necə könüllü ola bilərəm?” bölməsi isə ümumilikdə könüllü olmaq istəyən, ancaq bu istiqamətdə heç bir məlumat əldə edə bilməyən gənclərə körpü rolunu oynayır. Könüllüyün fəlsəfəsi və onun mahiyyəti bu bölmədə geniş izah olunmaqla yanaşı, onun əhəmiyyəti də qeyd edilib.

"Könüllü xəbər” bölməsi isə ümumrespublika üzrə həyata keçirilən tədbirlərin və könüllülüklə bağlı layihələr haqqında xəbərlərin topluluğunu əhatə edir.

Veb-saytın ən vacib hissələrində biri olan "Könüllü yazır” bölməsi daha çox bu sahədə qələmə alınan müəllif yazılarının və könüllülük fəaliyyəti ilə məşğul olan gənclərin öz dillərindən yazdıqları məlumatları özündə ehtiva edir.

Saytımızın "Əlaqə” bölməsi isə könüllülərin əlaqələndirmə funksiyasını icra edir.

İnformasiya mərkəzinin rəsmi səhifəsi (konulluyem.az) eyni zamanda dövlət qurumlarındakı könüllülük fəaliyyətinin ümumiləşdirilmiş bazası rolunu da oynayır. Belə ki, konulluyem.az saytına daxil olan istənilən bir gənc rahatlıqla istədiyi dövlət qurumunun könüllülük proqramına keçid edə bilər və həmin proqramların təqdim etdiyi anketləri doldurmaqla öz missiyasını həyata keçirə bilər. Bu isə sayta daxil olan gənclərə interaktiv yardım rolunu oynayır.

GSİİYİB-nin informasiya mərkəzində seçmə gənc könüllülərdən ibarət çəkiliş qrupu da təsisedilib. Bu çəkiliş qrupu bir çox rəsmi qrumların könüllülük proqramlarında iştirak edən uğurlu gənclərdən video-müsahibələr hazırlayırlar. Bu müsahibələr layihə müddəti ərzində "konulluyem.az” portalında və sosial şəbəkələrdə geniş izləyici kütləsinə təqdim ediləcək.

"Sən də könüllü ol!” devizi ilə fəaliyyətə başlayan "könulluyem.az” saytı haqqında "Sayt haqqında ətraflı video” bölməsindən video-izah əldə etmək mümkündür.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama - VİDEO

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO