Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) saytı atgti.az ictimai-sosial saytlar arasında 1-ci yeri tutub. Təşkilatılatın IT departamentinin rəhbəri Tugay Kərimov bu haqda deyib:
“Biz ATGTİ olaraq çalışırıq ki, bütün sahələrdə gəncləri internetdən düzgün istifadə etməyə yönəldək. İstər elm,ekologiya, tarix, beynəlxalq əlaqələr, səhiyyə və hətta hüquq sahəsi.”
Xatırladaq ki, Milli Net- Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.