Atılmışlar...

Atılmışlar...
Bütün Xəbərlər
23:25 07.10.2013
2533

Xəyalə ƏliyevaBəziləri mənim, sənin , gözlədiyi kimi gözləməz bayramları.. 

Ayları, günləri, saatları sayar, o qədər gözləyər ki , iz salar baxışları qapılarda, pəncərələrdə.. 

Bəzilərinin kimsəsi olduğu halda, kimsəsizdir onlar. Bəziləri, Allahında onu unutduğunu düşünər, bəziləri isə qismət deyib təssəli edər özünü. Bəziləri, o qədər saf olar ki, fərqində olmaz kimsəsizliyinin, sadəcə gözlərdən yaş axıdar, elə mənim il yarım öncə uşaq evində tanıdığım o uşaq kimi. Gözlərindəki çarəsizliyi bir an olsun unutmamışam, o qədər kədərli idiki gözləri baxarkən qəlbin sızlar. On bir,on iki yaşlı oğlan uşağı idi. Başqalarından fərqli olaraq o, həyatın silləsiylə bu yaşda tanış olmuşdu.

Qucaqlayıb, bütün qoxusunu içimə çəkib,əzizləyirdim. Bir neçə saatlıq olsada, kimsəsizliyini unutsun deyə, amma nə çarə onun istədiyi qayğını mən verə bilməzdim axı..İçin-için ağlayırdı, nə edə bilərəm sənin üçün dedim -anamı istəyirəm dedi –susdum.. Bu mənim imkanım xaricində idi..O gündən hər gecə onu düşünmədən yuxuya gedə bilmirəm, vicdan əzabı çəkirəm, elə bilki onun kimsəsizliyinə görə mən səbəbkaram. Apardığımız azuqələrə, hədiyyələrə heç toxunmadı. Bərk -bərk əlimdən tutmuşdu, söz verdimki yenə gələcəyəm, amma il yarımdırki gedə bilmədim, özümü bağışlaya bilmirəm, axı mən söz vermişdim!!!Biz söz verib unudarıq, amma Onlar yaralıdır, unutmaz, gözləyər və hər dəfə də yalan vədlərə inanaraq böyüyərlər. Bayramlarda kimsəsiz uşaqları ,qocaları ziyarət edək!!! 

Bizim kimsəsiz gələcəyimizdirlər onlar, onların kimsəsi biz olaq .Bizim kimsəsiz keçmişimizdir onlar, keçmişimizi unutmayaq, bayramlarımızı o qəlbi qırıqlarla keçirək,könüllərini xoş tutaq !!! Qarşıdan gələn Qurban Bayramınız mubarək olsun ey ata, ana, oğul, qız, gəlin tərəfindən atılmışlar !!!

OXŞAR XƏBƏRLƏR