Son günlər “Azad Azərbaycan” (ATV) telekanalının başı üzərindən qara buludlar çəkilmək bilmir. Əvvəlcə kanalın ən reytinqli verilişlərinin bağlanması və ardından rəhbərliyin ayrılması barəsində çıxan xəbərlər təsdiqini tapıb. Kanaldakı etibarlı mənbənin AZXEBER.COM portalına verdiyi xəbərə görə, Tağı İbrahimov başda olmaqla, rəhbərlik telekanalı tərk edir. Kanalın vitse-prezidenti Həsən Abdullayevdə öz vəzifəsindən bu gün ayrılıb. Mənbəmiz kanal haqqında gəzən bir çox söz-söhbətin də doğru olduğunu söyləyib. Belə ki, “SOY Production”ın ATV ilə yolları ayrılıb və onlar yeni kanal olaraq “Space”i seçiblər. Kanalın gələcək sahibi isə hələlik dəqiq bilinmir.
Xatırladaq ki, bundan öncə ATV-nin ən reytinqli verilişi olan “Onun yarısı”nın qadın alverinə görə bağlandığı iddia edilirdi. Hətta verilişin aparıcısı Zaur Baxışəliyevin də, verilişin iştirakçılarından olmuş Nənəxanım ilə birlikdə Türkiyəyə qaçması barəsində xəbərlər yayılmışdı.