ATV-də intihar xəbərlərinə - QADAĞA

ATV-də intihar xəbərlərinə - QADAĞA
Bütün Xəbərlər
15:49 07.02.2014
2836
ATV kanalı efirdə intihar hadisələrinin təqdimatına qadağa qoyub.“ATV xəbər” proqramında və digər informativ verilişlərdə intihar hadisələrinin verilməsi yasaqlanıb.Faktı AzNews.az-a ATV telekanalının Xəbərlər Redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu da təsdiqləyib:“Xəbərlərdə intihar hadisələrinin verilməsinə qadağa qoyulub. Bu qadağanı da şəxsən mən qoymuşam. ATV telekanalının diqqətli izləyiciləri “ATV xəbər”də intihar hadisələri ilə bağlı materialların verilmədiyini görər. Yalnız kanalın həftədə bir dəfə yayımlanan kriminal verilişində bu cür məlumatlar yer alır. Həmin veriliş də gecə saat 12-dən sonra efirə verilir. Amma belə hadisələr xəbər bülletenlərində demək olar ki, verilmir”.
OXŞAR XƏBƏRLƏR