Azad Azərbaycan Televiziyasında növbəti dəyişiklik edilib.
Kanaldakı etibarlı mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, “Bizim səhər” verilişinin aparıcısı Azər Şirin verilişdən uzaqlaşdırılıb. Onun yerinə teleaparıcı Samir Bayramlı gətirilib.
Qeyd edək ki, bir neçə gün bundan öncə adıçəkilən telekanalın rəhbərliyində dəyişiklik olmuşdu. Şirkətin yeni rəhbəri Vüqar Qaradağlı vəzifəyə gəldikdən sonra kanalda bir neçə kadr dəyişikliyinə başlayıb.