ATV-dən çıxan işçilərlə bağlı- AÇIQLAMA

ATV-dən çıxan işçilərlə bağlı- AÇIQLAMA
Bütün Xəbərlər
17:49 10.09.2014
3118

Bu gün Azad Azərbaycan Televiziyasında kütləvi istefalarla bağlı yayılmış xəbərə telekanaldan reaksiya gəlib. 

AZXEBER.COM xəbər verir ki, ATV-nin sözçüsü Vaqif Aydınoğlu aznews.az-a bildirib ki, əslində, istefadan söhbət gedə bilməz: “Baş dekorçu Elxan Novruzov istefa verməyib, o, ixtisara düşüb”. 

O bildirib ki, verilişlərdə dekorasiyalara o qədər də ehtiyac olmadığından bu sahədə çalışanlar ixtisar ediliblər: “Dekorasiyaların o qədər də çox olmasına ehtiyac görülmür. Buna görə də ATV-də o bölümdə ixtisarlar edildi və nəticədə 5-6 nəfərlə vidalaşmalı olduq. Bunlar da sırf texniki işçilərdir”.

Qeyd edək ki, "Azad Azərbaycan" Telekanalının (ATV) əməkdaşları kütləvi şəkildə işdən ayrılması xəbəri yayılıb. Məlumata görə, kütləvi etiraza səbəb baş dekorçu Elxan Novruzovun işdən getməsidir. 

 

OXŞAR XƏBƏRLƏR