AZXEBER.COM xəbər verir ki, yarışmadan sonra keçirilən mətbuat konfransında maraqlı anlar yaşanıb.
Azərbaycanın ATV telekanalının əməkdaşı Samirə Süleymanova Elnurdan mahnı oxumağı xahiş edib.
Elnur isə cavabında belə deyib: "Bu an mahnı oxuya bilmərəm. Çox kədərliyəm. Bunun üçün səbəbim var” deyərək oxumaqdan imtina edib".
Müsabiqənin moderatoru bunun səbəbini soruşanda isə Elnur deyib: "Bu sualı mənə verən azərbaycanlıdır və o özü məni başa düşməlidir".
Qeyd edək ki, bir neçə gün öncə ATV-nin digər əməkdaşı Mətanət Əliverdiyeva da Azərbaycan xalqını təhqir edərək. Binəqədidə baş verən faciəni "kino" adlandırmışdı.