ATV-nin əməkdaşları qəzaya düşdü

SOSİAL
10:01 15.03.2016
2960

Xəsarət alan var.

Bərdədə qəza nəticəsində xəsarət alan ATV telekanalının əməkdaşlarının müayinələri başa çatıb.

AZXEBER.COM xəbər verir ki, ATV telekanalından APA-ya bildirilib ki, həkimlərin verdiyi rəyə əsasən, sürücü Cehyun Sultanovun ayağı əzilib.

Operator Farid Vəliyev və “Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hər üç şəxsin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

14.03.2016

ATV telekanalından faktı təsdiqləyiblər.

Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu APA-ya bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb.

“Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

“ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür”, - Vaqif Aydınoğlu deyib.

23:02

ATV telekanalının əməkdaşlarının olduğu avtomobil qəzaya düşüb.

AZXEBER.COMxəbər verir ki,APA-nın Qarabağ bürosunun məlumatına görə, avtomobil Qarabağ su kanalının Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirmədiyi səbəbindən suya düşüb.

Nəticədə telekanalın qadın əməkdaşı xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya düşənin şəxsiyyəti dəqiqləşdirilir.

OXŞAR XƏBƏRLƏR