ATV əməkdaşları kütləvi olaraq ATV-ni tərk edirlər.
Buna səbəb Azad Azərbaycanın əməkdaşı, baş dekorçu Elxan Novruzov, ATV-ni etiraz olaraq tərk etməsidir.
AZXEBER.COM-un Show.az-a istinadən verdiyi xəbərə görə, narazılığa səbəb Elxan Novruzovun ATV-nin həyətindəkı avtomobil dayanacağında avtomobilini saxlamağa icazə verilməməsidir.
Baş dekorçunun işdən çıxmasından sonra televiziyada çalışan digər on nəfərə yaxın dekorçu da işdən ayrılıb.
Elxan Novruzov bütün baş verən hadisələri təsdiqləyib:
"Bəli mən işdən öz istəyimlə ayrılmışam, belə "hörmət" gördükdən sonra, orda işləməyim düzgün deyil. Mənimlə bərabər 6-7 nəfər əməkdaş da, ATV-dən ayrılıb".