ATV-nin keçmiş prezidenti dələduzluqda ittiham olunur - 150 minlik mənimsəmə
Bütün Xəbərlər
12:03 19.01.2016
2679
“Nehrəm” MTK-nın rəhbərliyindən hüquq-mühafizə orqanlarına müraciət edilib.Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edən Rafael Əlizadə adlı vətəndaş MTK-nın 2014-2015-ci illərdə onun ümumilikdə 150 min dollardan çox pulunu mənimsədiyini bildirib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi Tağı İbrahimovdur. T.İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşıdır.Məsələ ilə bağlı “Nehrəm” MTK sədri Vasif İsmayılov açıqlama verib. V.İsmayılov bildirib ki, Rafael Əlizadənin “Nehrəm” MTK-ya qarşı olan şikayətinin heç bir qanuni əsası yoxdur: “O, MTK-dan heç vaxt və heç bir mənzil almayıb və MTK-ya heç bir məbləğ ödəməyib. Həmin şəxs təxminən 4 il bundan öncə guya MTK-nın inşa etdirdiyi binadan mənzil aldığı barədə MTK-nın ofisinə müraciət edib.Araşdırma zamanı müəyyən edilib ki, Rafael Əlizadə Rusiya Federasiyasında yaşayarkən mənzil almaq üçün MTK-nın 2005-2009-cu illərdə podratçısı olmuş və bütün işləri yarımçıq qoyaraq qaçıb getmiş “Fəqan-1” MMC-nin rəhbəri Hüseynov Rauf Ağacəfər oğluna müəyyən məbləğdə pul ödəyib və “Fəqan-1” MMC-nin rəhbəri onunla mənzilin alışına dair saxta müqavilə bağlayıb. Bunu bilən Rafael Əlizadəyə izah olunub ki, hər hansı bir tələbi varsa “Fəqan-1” MMC-nin rəhbərinə qarşı irəli sürə bilər və Rauf Hüseynovun hərəkətindən məhkəməyə müraciət və yaxud hüquq-mühafizə orqanlarına şikayət edə bilər”.Report.az