ATV-nin keçmiş rəhbərinin oğlu İstanbulda 3 milyonluq restoran açıb - FOTOLAR

ATV-nin keçmiş rəhbərinin oğlu İstanbulda 3 milyonluq restoran açıb -  FOTOLAR
Bütün Xəbərlər
13:28 11.12.2013
1708

Restoranda təklif edilən yeməklər sırf azərbaycan mətbəxinə aiddir.

Azərbaycanlı iş adamı Tağı İbrahimovun oğlu İstanbulun mərkəzində üç milyon dollarlıq restoran açıb.

Ötən günlərdə daha çox Türkiyə məşhurlarının vaxt keçirdikləri "Etilər" adlanan məkanda Elşən İbrahimovun restoranının möhtəşəm açılışı olub.

Açılış mərasimində orada yaşayan həmyerlilərimiz Azəri qızı Günel, məşhur model Günay Musayeva və həyat yoldaşı Tolqa Karel və s. tanınmış simalar iştirak ediblər. Gənc ifaçı Günel atası ilə birlikdə qonaqlar üçün mahnı ifa edib. Açılış barəsində isə Günay şəxsi İnstaqram səhifəsində məlumat verib və bütün azərbaycanlı dostlarını oraya dəvət edib.

Qeyd edək ki, restoranda təklif edilən yeməklər sırf azərbaycan mətbəxinə aiddir.

OXŞAR XƏBƏRLƏR