ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir — FOTOLAR

ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə səfərdədir — FOTOLAR
SOSİAL
23:30 08.12.2025
158
Bu ilin mart ayında Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və ATXƏM İB-nin layihə rəhbərliyi ilə Bakıda və Qarabağ bölgəsində "Türkman irsi: Vətəndaş Cəmiyyətinin həmrəyliyi" mövzusunda Forum və silsilə tədbirlər keçirilmişdir.

Tədbir çərçivəsində Bakıya səfər etmiş İraq-Türkman Cəbhəsi başkanı, millət vəkili Ərşad Salihi, Türkmeneli Akademisyenler Teşkilatı sədrı Dr. Nebil Şahin Kifrili tərəfindən bu yaxınlarda Vətənpərvərliyin Təbliğinə Dəstək İB-nin sədri Şəmistan Əlizamanlı və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İB-nin sədri İlham İsmayılov silsilə tədbirlərdə iştirak etmək üçün İraqa dəvət olunmuşlar.

Newscenter.az xəbər verir ki, dəvət əsasında hazırda Şəmistan Əlizamanlı və İlham İsmayılov "Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması və Türkman Vətəndaş Cəmiyyəti üzvləri ilə görüşlər və konfranslar" layihəsini icra etmək üçün Kərkük şəhərində səfərdədirlər.

Səfər müddətində Vətəndaş Cəmiyyəti təşkilatları arasında əlaqələrin qurulması, İraq Türkman irsinin, ortaq mədəniyyətin təbliği, xalqlarımız arasında əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə konfranslar, görüşlər keçirmək, türkmanların yaşadığı bölgələrə səfərlər etmək və s. nəzərdə tutulmuşdur.

 Bu gün Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində və Kışla Şəhid və Məhbuslar Dərnəyində görüşlər keçirilmişdir, o cümlədən Təzə Xurmatu qəsəbəsində Şəhidlərin toplum məzarlığı ziyarət edilmişdir.


Bu muzey Səddam Hüseyn repressiyasına məruz qalmış və İŞİD tərəfindən heç bir günahı olmayan qətlə yetirilmiş türkmanların toplum şəhidlik muzeyidir.

20 iyun 2009-cu il tarixində Təzə Xurmatu tarixinin ən qanlı günlərindən birini yaşamışdır. Peyğəmbər Əzəm (s) məscidi və hüseyniyyəsinin yaxınlığında partladılan minalanmış yük maşını nəticəsində təxminən 89 mülki şəxs şəhid olmuş, 200-dən çox insan – əsasən qadınlar, uşaqlar və yaşlılar – yaralanmış və bütün ərazi dağıdılmışdır.

 Bundan əlavə, 2015-ci ildə Təzə nahiyəsi terror təşkilatı DEAŞ tərəfindən kimyəvi hücuma məruz qalmışdır. DEAŞ bölgəni kimyəvi maddələr ehtiva edən Katyuşa raketləri və minaatan mərmiləri ilə bombardman etmişdir. Bu hücum, təşkilatın vəhşiliyinin və günahsız qadın, uşaq və dinc əhaliyə qarşı qəsdən yönəlmiş cinayətlərinin bariz nümunəsidir. Beynəlxalq miqyasda qadağan olunmuş silahların istifadəsi onların alnında qara ləkə olaraq qalır.


Bu şəhidlərin arasında universitetlərdə türk dilinin öyrənilməsi məsələsini qaldıran Hüseyn Dəmirçi də olmuşdur. Tələbələr onun müdafiəsinə qalxsalar da, o həbs edilib, işgəncələrlə şəhidliyə qovuşmuşdur.

 

İraq türkmənlərinin tanınmış şəhidlərindən biri şəhid Hüseyn Əli Musa "Tempəl Abbas” teatr sənətində parlaq istedada və tükənməz enerjiyə sahib idi və İraqdakı türkmən hərəkatının mədəni və siyasi yolunda böyük rol oynamışdır. Onun yaradıcı şəxsiyyəti türkmən xalqının mədəni və siyasi hüquqlarının müdafiəsində mühüm təsirə malik olmuşdur. O, müxtəlif sahələrdə aktiv idi və şəhid Abdullah Abdurrahman rəhbərliyindəki Türkmən İxvan Klubunun, Müəllimlər Sindikatının və Türkmən Tələbələr Birliyinin üzvü olaraq bütün fəaliyyətlərdə iştirak etmişdir.Böyükdən kiçiyə bütün türkmən şəhərlərində ona dərin hörmət bəslənirdi və o, həqiqətən xalqın sənətkarına çevrilmişdi.


2 noyabr 1971-ci ildə Baas rejiminin türkmənlərin mədəni hüquqlarını ləğv etməsinə etiraz olaraq türkmən tələbələrinin başladığı ümumi tətilə şəhid bütün gücü ilə qatıldı. Tətilin ardınca Baas rejimi çox sayda fəalı, o cümlədən Müəllimlər Sindikatının bütün idarə heyətini həbs etdi. Hüseyn Əli Musa də bu həbslər arasında idi və 7 noyabr 1971-ci ildə ağır işgəncələr nəticəsində şəhid oldu.


Şəhidlik məzarında edamlarda istifadə olunan simvolik dar ağacı, övladlarına, ərlərinə yardım aparan, vəfat edən edən anaların geyimləri saxlanılan muzey - Analar muzeyi də ziyarət olunmuşdur.



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi