“Avant Group”da strukturlaşma və idarəetmənin təkmilləşdirilməsi prosesi başladı

“Avant Group”da strukturlaşma və idarəetmənin təkmilləşdirilməsi prosesi başladı
İQTİSADİYYAT
17:38 09.01.2026
887

"Avant" şirkətlər qrupu davamlı inkişaf strategiyası çərçivəsində daxili strukturlaşma və korporativ idarəetmənin optimallaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoyur.

AZXEBER.COM xəbər verir ki, bu çərçivədə tikinti şirkəti olmayan "Avant Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi ilə bağlı hüquqi prosedurlar başlanmışdır. "Avant Group” MMC-nin sturukturu şirkətlər qrupuna daxil olan "Avant Construction” MMC ilə birləşdirilmişdir.

Qeyd etmək vacibdir ki, bu qərar fəaliyyətin dayandırılması və ya biznesin bağlanması ilə bağlı deyil və qrup daxilində idarəetmənin daha çevik, şəffaf və səmərəli qurulması məqsədi daşıyır. Sözügedən ləğv prosesi texniki-hüquqi xarakterlidir və yenidən strukturlaşma strategiyasının tərkib hissəsidir.

Eyni zamanda bildiririk ki, "Avant Construction” MMC, "Avant Luxe” MTK, "Avant Group” MTK, "Avant Green” MTK və şirkətlər qrupuna daxil olan digər hüquqi şəxslər öz fəaliyyətlərini tam həcmdə və fasiləsiz şəkildə davam etdirir. Mövcud layihələr, öhdəliklər, tərəfdaşlıq münasibətləri və müştərilərlə iş rejimi dəyişməz qalır.

Bu addım nəticəsində idarəetmə mexanizmləri daha da təkmilləşdiriləcək, qərarvermə prosesləri sürətlənəcək, korporativ məsuliyyət və nəzarət mexanizmləri gücləndiriləcəkdir.

Avant şirkətlər qrupu bazarda etibarlı mövqeyini qoruyaraq, uzunmüddətli inkişaf və şəffaf idarəetmə prinsiplərinə sadiqliyini davam etdirir.

İctimaiyyətə və tərəfdaşlarımıza göstərdikləri etimada görə təşəkkür edirik.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"