Portuqaliyada keçirilmiş ilk oyunda İspaniyanın "Vilyarreal" komandasını darmadağın etmiş "Portu" rəqibi ilə bu dəfə səfərdə qarşılaşıb. İlk oyunda böyük üstünlük əldə edən Portuqaliya təmsilçisinin finala yüksəlmək şansı çox yüksək idi. Belə ki "Vilyarreal" mərhələ adlamaq üçün 4 cavabsız qolla qalib gəlməli idi. Matç ispanların istədiyi kimi başlayıb və onlar hesabı açıblar. Ancaq "Portu" əvvəlcə bərabərlik qolunu, daha sonra isə ikinci topu "Vilyarreal"ın qapısından keçirib. Bundan sonra "Vilyarreal" iki qol vuraraq yenidən qələbə hesabı bərpa edib, lakin bu hesab finala çıxmaq üçün kifayət etməyib və ilk oyunda iri hesablı qələbə qazanmış "Portu" finalda iştirak hüququ qazanıb.
Digər bir qarşılaşma isə Portuqaliyada olub. İlk oyunda doğma divarlar arasında "Braqa"nı üstələmiş "Benfika" səfərdə final şansını əldən verib. Matçın ilk dəqiqələrində hesabı açan "Braqa" üstünlüyünü sonadək qoruyub və səfərdə vurulmuş qolun hesabına finala adını yazdırıb. Beləliklə, Avropa Liqasının finalının Portuqaliya klublarının - "Portu" və "Braqa"nın iştirakı ilə keçiriləcəyi rəsmiləşib.
Avropa Liqası
Yarımfinal
Cavab oyunları
5 may
"Braqa" (Portuqaliya) – "Benfika" (Portuqaliya) - 1:0 (ilk oyun - 1:2)
Qollar: Kustodyo, 19.
"Vilyarreal" (İspaniya) – "Portu" (Portuqaliya) - 3:2 (ilk oyun - 1:5)
Qollar: Kani, 17. Kapdevila, 75. Rossi, 80-pen. - Halk, 40. Falkao, 48.
/// premyerliqa.az