Şəhid ailələri üçün tikilən binaların zirzəmisini su basdı - 18 gündür çəkilmir - Video

Şəhid ailələri üçün tikilən binaların zirzəmisini su basdı - 18 gündür çəkilmir - Video
SOSİAL
01:22 16.04.2026
417
Sabunçu rayonu Savalan yaşayış massivində qazi və şəhid ailələri üçün inşa edilmiş yaşayış kompleksində 3 binanın zirzəmisinə 18 gündür dayanmadan su axdığı iddia edilir.

AZXEBER.COM xəbər verir ki, sakinlərin sözlərinə görə, suyu nasoslar vasitəsilə təmizləməyə çalışsalar da, artır.

Qeyd edirlər ki, günlərdir bu problem onların həyat və yaşayışını çətinləşdirib:

"18 gündür binanın zirzəmisindən su vururuq, qurtarmır. Mənbəyi bilinmir, burada anbar var, bəlkə o partlayıb”.

"Bu binaya laqeyid yanaşırlar. Bu binanın altından elektrik şitləri keçir. Su artıb şitə çatan kimi binanın işıq sistemi dayanır”, - deyə digər sakin əlavə edib.

Şikayətçilər deyirlər ki, problemlə bağlı aidiyyəti üzrə müraciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, Leyla Bədirbəyli küçəsində yerləşən 12 binadan ibarət yaşayış kompleksində 3 binanın zirzəmi hissəsinə yığılan suların kənarlaşdırılması məqsədilə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən nasos quraşdırılıb, hal-hazırda da işlək vəziyyətdədir.

Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, sözügedən ünvana Sabunçu rayon Sukanal İdarəsinin briqadası tərəfindən baxış keçirilib.

Xətlər yoxlanılıb, hər hansı su və ya kanalizasiya xəttində axıntı aşkarlanmayıb. Həmçinin şikayətə əsasən, zirzəmidəki sudan nümunə götürülüb. Analizin cavabına əsasən zirzəmiyə dolan suyun qrunt suyu olduğu müəyyənləşdirilib, vətəndaşlara da bununla bağlı məlumat verilib.

Daha ətraflı "Xəzər TV”nin süjetində:

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Binance"dən yeddi milyard dollara yaxın kriptovalyutanın necə oğurlandığı açıqlandı
04:30 04.11.2026
"Binance"dən yeddi milyard dollara yaxın kriptovalyutanın necə oğurlandığı açıqlandı
Dörd ölkə xokkey üzrə dünya çempionatında Rusiya ilə qarşılaşmaqdan imtina edib
04:18 04.11.2026
Dörd ölkə xokkey üzrə dünya çempionatında Rusiya ilə qarşılaşmaqdan imtina edib
Eyden Makkarti: "Özümə də, komanda yoldaşlarıma da güvənirəm"
04:08 04.11.2026
Eyden Makkarti: "Özümə də, komanda yoldaşlarıma da güvənirəm"
Ermənistanda əsgərin intiharına görə saxlanılanlar var
03:56 04.11.2026
Ermənistanda əsgərin intiharına görə saxlanılanlar var
Baş nazir konstitusiyaya qarşı cinayətdə ittiham olunub
03:46 04.11.2026
Baş nazir konstitusiyaya qarşı cinayətdə ittiham olunub
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
03:36 04.11.2026
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm
03:23 04.11.2026
Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
03:13 04.11.2026
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Qatar qəzasından sonra nəqliyyat naziri istefa verdi
03:03 04.11.2026
Qatar qəzasından sonra nəqliyyat naziri istefa verdi
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
02:53 04.11.2026
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Kadırovun medallarının sırasına biri də əlavə olundu
02:43 04.11.2026
Kadırovun medallarının sırasına biri də əlavə olundu
Donald Trampdan İrana xəbərdarlıq: "Bir saat ərzində həyata keçirilə bilər"
02:33 04.11.2026
Donald Trampdan İrana xəbərdarlıq: "Bir saat ərzində həyata keçirilə bilər"
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
02:22 04.11.2026
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
İtaliyadan öz vətəndaşlarına çağırış: "İrana səfər etməyin!"
02:16 04.11.2026
İtaliyadan öz vətəndaşlarına çağırış: "İrana səfər etməyin!"
Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
02:06 04.11.2026
Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır
01:56 04.11.2026
İran parlamentinin rəsmisi: Hörmüz boğazı 4 ölkənin gəmiləri üçün açıqdır