Lənkəranda eyni ərazidə iki qəza baş verib - ölən və yaralılar var

Lənkəranda eyni ərazidə iki qəza baş verib - ölən və yaralılar var
SOSİAL
00:03 16.04.2026
72
Lənkəranda eyni ərazidə iki qəza baş verib, ölən və yaralılar var.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, ilk hadisə Ələt-Astara magistralının 213-cü km-də, rayonun Bürcəli kəndi ərazisində baş verib.

Belə ki, rayonun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən və ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan sürücü və sərnişin, 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev Lənkəran Rrayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Buna baxmayaraq Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Sadir Həmzəyevin müalicəsi xəstəxanada davam etdirilir.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Onu da qeyd edək ki, sözügedən ərazidə daha bir yol qəzası da baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR