‘Avropa Azərbaycandan örnək götürməlidir’ - Seymur Orucov

‘Avropa Azərbaycandan örnək götürməlidir’ -  Seymur Orucov
Bütün Xəbərlər
15:22 30.06.2014
931

“Azərbaycan bu gün bir çox sahələrdə apardığı siyasətə görə dünyada nümunəvi örnəkdir ”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında  YAP Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyevin ötən həftə AŞPA Parlament Assambleyasındakı çıxışını şərh edərkən söyləyib.

O, prezidentin nitqində yüz illər boyu ölkəmizdə tolerantlıq mühitin qorunub saxlanılmasını, Bakının dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınmasını, böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmizin bu gün regionda sabitləşdirici rol oynamasını, Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilməsi ilə bağlı söylədiyi fikirləri şərh edib.

S.Orucov Avropanın Azərbaycanda olan tolerantlıq mühitindən örnək götürməli olduğunu deyib:

"Bu gün Cənubi Qafqazda ən inkişaf etmiş, ən stabil və ən təhlükəsiz ölkə Azərbaycandır. Bu gün Azərbaycanda dini tolerantlıq yüksək səviyyədədir. Hətta bu gün ölkəmizdə olan bütün seçkili orqanlarda azsaylı millətlərin təmsilçiləri də təmsil olunurlar. Milli Məclisdə, QHT sektorunda, ictimai-siyasi sahədə onlara bütün imkanlar yaradılıb. Bu gün mənim də təmsil etdim YAP Gənclər Birliyində də məhz bu cür gənclər çoxdur. 

Düşünürəm ki, Azərbaycanda olan bu tolerantlıq mühitindən Avropa örnək götürməlidir. Cənab Prezidentin çıxışında məhz bu cür məsələlərin ortaya çıxardılması təqdirəlayiq haldır. Azərbaycan sözün əsl mənasında bu gün bir çox sahələrdə apardığı siyasətə görə nümunəvi örnəkdir. Bu yolda Avropanın bəzi deputatları, ölkəmizi istəməyən bəzi antimilli insanlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Amma bunların hamısı cənab prezidentin də dediyi kimi, fiaskoya uğrayır.

Xatırladaq ki, iyunun 24-də prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib. Dövlət başçısı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə danışmış, həmçinin AŞPA deputatlarının suallarını cavablandırmışdır.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR