AZXEBER.COM-un məlumatına görə, yarışlarda Uşaq-Gənclər İdman Məktəbləri, idman klubları, idman cəmiyyətləri və Olimpiya İdman Komplekslərinin komandaları iştirak ediblər.Final yarışları 22 may tarixinədək davam edəcək.
Qeyd edək ki, yarışların keçirilməsində əsas məqsəd 7-16 iyul tarixlərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının Qroznı şəhərində təşkil olunacaq Məktəblilərin Avropa birinciliyinə qatılmaları üçün yığma komandanın heyətinin formalaşdırılmasıdır.