Avropa Birliyi qapılarını Ermənistanın üzünə açır

Avropa Birliyi qapılarını Ermənistanın üzünə açır
Bütün Xəbərlər
11:57 20.09.2011
1420
Avropa Birliyi Ermənistana əhəmiyyətli üstünlüklər verməyə hazırlaşır 
Avropa Birliyi Komissiyasının genişləmə və qonşuluq siyasətindən məsul üzvü Stefan Füle, Ermənistana vizanı asanlaşdırmaq istədiklərini söyləyib.
Ermənistanın baş naziri Tiqran Sarkisyanı qəbul edən Füle, təşkil edilən mətbuat konfransında, AB Komissiyasının Ermənistana viza asanlığı üçün lazımlı hazırlıqları tamamladığını vurğulayaraq, müzakirələri başlatmaq üçün üzv ölkələrdən səlahiyyət tələb edib.
Füle, İrəvan rəhbərliyindən islahatları davam etdirməsini istəyərək, bu ölkəyə maliyyə yardımını şərtli olaraq artırmağa hazır olduqlarını bildirib.
Sarkisyan da AB-ə verdikləri öhdəliklərə sadiq qalacaqlarını vurğulayaraq, mümkün olan ən qısa müddətdə azad ticarət müqaviləsi imzalamaq istədiklərini qeyd edib. /// Xezerxeber
OXŞAR XƏBƏRLƏR