“Avropa Gənclər Paytaxtı 2016”nın rəmzi açarı Gəncəyə gətirildi - FOTOLAR

“Avropa Gənclər Paytaxtı 2016”nın rəmzi açarı Gəncəyə gətirildi -  FOTOLAR
GƏNCLİK
13:13 18.12.2015
3146

“Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihəyə əsasən Gəncə 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” olacaq.Bu gün “Avropa Gənclər Paytaxtı 2016”nın rəmzi açarı Rumıniyanın Kluj Napoka şəhərindən Gəncəyə gətirilib.

Gəncəli gənclər Avropanın gənclik rəmzini böyük coşqu ilə qarşılayıblar. Açarın qəbul edilməsi mərasimində rəmzi olaraq Gəncənin dahi mütəfəkkiri Nizami Gəncəvi, Məhsəti Gəncəvi və Mirzə Şəfi Vazeh də iştirak ediblər. Rəqqas və musiqiçilərin ifaları mərasimi daha da maraqlı edib.

Elmir Vəliyev- "Gəncə AGP-2016" İctimai Birliyinin sədri:"Təbii ki, bütün bunlar Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.Mən bütün Gəncə gənclərini təbrik edirəm. 2016-cı ildə bizim möhtəşəm beynəlxalq layihələrimiz olacaq".

Gəncə gəncləri “Avropa Gənclər Paytaxtı”nın rəmzi açarını qəbul etdikdən sonra, şəhərdə avtoyürüş təşkil edilib."Gəncə AGP-2016" avtobusu açarla birlikdə şəhərin mərkəzi küçələrini dolaşıb, açar Nizami Gəncəvinin Məqbərəsi və Qala Qapılarına aparılıb.

Avropa Gənclər Paytaxtının rəmzi açarı artıq Gəncədədir. Bu açar 2016-cı ilin Gəncə və gəncəlilər, xüsusilə də gənclər üçün çox maraqlı və məsuliyyətli olacağını xatırladır. Çünki “Avropa Gənclər Paytaxtı” adını qazanmaqla,Gəncə 2016-cı ildə sadəcə özünün yox, bütöv Azərbaycanın mədəniyyəti və tarixini Avropada təmsil etmək imkanı əldə edib. Bu imkandan maksimum şəkildə yararlanmaq lazımdır.

Bu tarixi günün sevincini yaşayan gənclər də üzümüzə gələn ilin məsuliyyətini dərk edirlər.

Avtoyürüşü şəhər sakinləri də maraqla qarşılayıb.

Təntənəli mərasim Heydər Əliyev Meydanında, ulu öndərin abidəsini ziyarətlə yekunlaşıb.

Qeyd edək ki, Avropa Gənclər Paytaxtının rəmzi açarı ötən gün 2015-ci ilin Avropa Gənclər Paytaxtı olan Rumıniyanın Kluj Napoka şəhərində təşkil olunan təntənəli mərasimdə Gəncənin nümayəndə heyətinə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
17:28 19.06.2025
"İlham Əliyevin liderliyində uzanan qardaşlıq əli Kahramanmaraşın bağrına möhür vurub"
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək