Avropa İnsan Haqları Məhkəməsinə Ermənistandan 800 şikayət ərizəsi daxil oldu

DÜNYA
08:17 31.10.2012
1418
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Ermənistanın əleyhinə çıxartdığı qərarların sayı artıb. Bunu Ermənistan ədliyyə nazirinin müavini Ruben Melikyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. Nazir müavini bu faktı qərəzçilik kimi qiymətləndirib.Lakin Ermənistan KİV-nə müsahibə verən vəkil Lyusine Saakyan demişdir ki, təkcə 2012-ci ildə AİHM-nə 800 şikayət daxil olub. Həmin şikayətlərin hamısında vətəndaşların hüquqlarının hakimiyyət tərəfindən pozulduğu göstərilib. Məhkəmə daxil olan şikayətlərin 42-nə baxıb və baxılmış bütün işlər üzrə Ermənistan hökumətinin əleyhinə qərar qəbul edib. Bu işlər üzrə büdcədən vətəndaşlara 440 min avro məbləğində cərimə ödənilib.Vəkil onu da qeyd edib ki, məhkəmələrdə özbaşınalıq və rüşvətxorluq baş alıb gedir. Vətəndaşlar məhkəməyə inanmırlar. Ermənistan məhkəmələrində ən xırda içləri belə rüçvətsiz həll etmək olmur. Bütün bunlara görə də yerli məhkəmə instansiyalarını keçdikdən sonra yaşadığı ölkədə ədalət tapa bilməyənlər AİHM-nə müraciət etmək məcburiyyətində qalırlar. Siyasi baxışlarına və hakimiyyətin cinayət əməllərini üzə çıxardıqlarına görə həbs olunmaq isə adi hala çevrilib. Bir çox halda məhkəmə orqanları ədalətli araşdırma aparmaq əvəzinə vəzifəli şəxslərin sifarişlərini yerinə yetirirlər.

OXŞAR XƏBƏRLƏR