APA-nın Reyters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə qərar oktyabrın 15-də Lüksemburqda keçiriləcək Aİ-nın xarici işlər nazirlərinin görüşündə qəbul olunacaq. Aİ Belarusda insan hüquqlarının pozulmasında, demokratiyanın inkişafına əngəl törətməsində, vətəndaş cəmiyyəti üzvlərinin təhdid olunmasında, müstəqil mediaya qarşı təzyiqlərdə əli olan 243 Belarus vətəndaşına, 34 şirkət və təşkilatlara qarşı sanksiyalar tətbiq edib.Bildirilir, oktyabrın 15-də keçiriləcək iclasda daha bir necə Belarus vətəndaşı və şirkətləri Aİ-nın “qara siyahısına” daxil edilsin. Bu siyahıda olan Belarus vətəndaşlarının və şirkətlərin xaricdə olan bank aktivləri dondurulub, onların Aİ məkanına daxil olması qadağan edilib.