Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB

Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
MAQAZİN
13:00 24.04.2026
280
Avropa İttifaqı rusiyalı reper Timatiyə qarşı sanksiya tətbiq edib.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Aİ Rusiyaya qarşı sanksiyaların 20-ci raunduna reper Timatini də əlavə edib.

Bu barədə məlumat Aİ Şurasının rəsmi saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilib.
 
Brüssel bu seçimini reperin prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləməsi, Putinin seçki kampaniyalarında iştirak etməsi ilə əlaqələndirərək, hətta onun etibarlı adamlarından biri olduğunu elan edib.

Bəyanatda deyilir ki, Timati "Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyir, Kremlin təbliğat hekayələrini və sözdə "xüsusi hərbi əməliyyat"ın simvollarını yayır və Ukraynaya qarşı şəxsən döyüşməyə hazır olduğunu bildirir".
 
Aysel 

OXŞAR XƏBƏRLƏR