Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH

Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
SOSİAL
18:42 02.07.2026
144
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri Bakı-Avropa İttifaqı münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərən mühüm siyasi hadisədir. Xüsusilə bundan əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri, ardınca isə Ursula Fon der Lyayenin Azərbaycana gəlməsi 27 üzv dövləti birləşdirən Avropa İttifaqının ölkəmizlə münasibətləri daha yüksək strateji səviyyəyə qaldırmaq niyyətinin açıq göstəricisidir. Bu baxımdan səfəri Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

O bildirib ki, səfərin ən diqqətçəkən məqamlarından biri Ursula Fon der Lyayenin Azərbaycanı açıq şəkildə strateji tərəfdaş adlandırması oldu. Bu ifadə diplomatik protokol çərçivəsində deyilən adi fikir deyil, Avropa İttifaqının Azərbaycana baxışında baş vermiş keyfiyyət dəyişikliyinin göstəricisidir. Əgər əvvəlki dövrdə Azərbaycan əsasən etibarlı enerji təchizatçısı kimi qiymətləndirilirdisə, bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, regional sabitliyi və geosiyasi dayanıqlılığı baxımından strateji əhəmiyyət daşıyan tərəfdaş kimi qəbul edilir. Başqa sözlə, münasibətlər enerji əməkdaşlığından strateji etimad tərəfdaşlığı mərhələsinə keçib. Avropa Komissiyasının Prezidenti çıxışında Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu, regional sabitliyin və sülh gündəliyinin formalaşdırılmasında mühüm rol oynadığını vurğuladı. O, Prezident İlham Əliyevin liderliyini xüsusi qeyd etdi. Bu yanaşma onu göstərir ki, Avropa İttifaqı artıq Azərbaycanın regionda təşəbbüskar dövlət kimi rolunu qəbul edir və Bakı tərəfindən irəli sürülən regional əməkdaşlıq modelini dəstəkləyir.

Siyasi şərhçi vurğulayıb ki, bu gün Azərbaycan çox mürəkkəb geosiyasi məkanda yerləşməsinə baxmayaraq, sabitliyi qoruyan, Şərqlə Qərbi birləşdirən nəqliyyat və enerji layihələrinin əsas iştirakçısı olan güclü dövlətdir. Avropa İttifaqı da artıq bunu açıq şəkildə etiraf edir. Azərbaycanın həyata keçirdiyi uzunmüddətli strateji siyasət nəticəsində ölkə yalnız tranzit marşrutu deyil, enerji xətlərinin, Orta Dəhlizin, rəqəmsal kommunikasiyaların və gələcək yaşıl enerji layihələrinin kəsişdiyi geostrateji qovşağa çevrilməkdədir. Azərbaycanın strateji baxışı və gələcəyə hesablanmış siyasəti Avropa üçün də xüsusi əhəmiyyət kəsb edir. Bir neçə il əvvəl Avropa İttifaqının Cənubi Qafqaz siyasətində əsas diqqət təhlükəsizlik məsələlərinə yönəlmişdisə, bu gün iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və yaşıl enerji əməkdaşlığı prioritet istiqamətlərə çevrilib. Bu dəyişiklikdə Azərbaycanın təşəbbüskar və etibarlı tərəfdaş kimi mövqeyi həlledici rol oynayır. Enerji əməkdaşlığı münasibətlərin əsas sütunlarından biri olaraq qalır. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq artıq yalnız neft və qazla məhdudlaşmır. Enerji dialoqu yaşıl enerji istiqamətində də yeni mərhələyə qədəm qoyur. Xəzər dənizinin zəngin bərpaolunan enerji potensialı, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin yaşıl enerji imkanlarının Azərbaycan üzərindən Avropaya çatdırılması gələcəyin yeni enerji dəhlizini formalaşdırır. Bu layihələr Azərbaycanın Avropanın enerji xəritəsində rolunu daha da gücləndirəcək.

"Ümumilikdə Ursula Fon der Lyayenin səfəri Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını nümayiş etdirir. Bu gün ölkəmiz dünyanın əsas güc mərkəzləri ilə balanslaşdırılmış və praqmatik xarici siyasət həyata keçirir. Azərbaycanın ABŞ ilə strateji tərəfdaşlığı, Çin ilə hərtərəfli strateji tərəfdaşlığı, Avropa İttifaqı ilə isə strateji xarakter daşıyan münasibətləri Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Ən mühüm nəticələrdən biri isə odur ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində təşəbbüslər irəli sürən deyil, təşəbbüsləri qəbul edilən və dəstəklənən dövlətlər sırasında yer alır. Bu isə ölkəmizin siyasi etibarlılığının, geosiyasi əhəmiyyətinin və beynəlxalq nüfuzunun son illərdə əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir. Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz bu reallığın Avropa İttifaqı səviyyəsində növbəti təsdiqi kimi tarixə düşəcək”, - deyə F.Şahbazlı qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
16:53 02.07.2026
“Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək”
Teymur Musayevin müavinlərinin sayı artırıldı
16:48 02.07.2026
Teymur Musayevin müavinlərinin sayı artırıldı
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”
16:36 02.07.2026
Məktəblərdə telefon qadağasını zəruri edən səbəblər açıqlandı: “Bu, onların tərbiyəsinə mənfi təsir göstərirdi”