"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.
Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub etsə, "Beşiktaş" (Türkiyə), "Tvente" (Niderland), "Tromse" (Norveç), "Hammarbü" (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.











































