xari

Avropa Liqasının oyununda meydana paltarsız girən şəxs həbs olundu

MARAQLI
21:43 22.04.2021
247
İspaniyanın "Qranada" və İngiltərənin "Mançester Yunayted" klubları arasında UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk matçında (0:2) meydana paltarsız girən iş adamı Olmo Qarsiya həbs olunub.

AZXEBER.COM-un məlumatına görə, buna Qarsiyanın analoji hərəkəti Qranada şəhərindəki məktəblərdən birinin qarşısında təkrarlaması olub.

Hadisə bu gün səhər saatlarında baş verib. Onun yetkinlik yaşına çatmamış uşaqların qarşısına paltarsız çıxması görənləri təşvişə salıb. Dərhal polisə xəbər verən ətrafdakı insanlar Qarsiyanın saxlanılmasına nail olublar. İspaniyalı iş adamının barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Olmo Qarsiya Qranadada idman qidasının satışı ilə məşğuldur.

OXŞAR XƏBƏRLƏR