Avstriyanın "NATO-nun Genişləndirilməsi üzrə Avropa Komitəsi” qeyri-hökumət təşkilatının rəhbəri Günter Felinger İliyana Yotovun Bolqarıstanda prezident seçkilərində qələbəsini Rusiya Prezidenti Vladimir Putinin uğuru kimi qiymətləndirib.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün Putin Bolqarıstanı ələ keçirdi”, – deyə Felinger bildirib.
Qeyd edək ki, avstriyalı təşkilat rəhbəri daha əvvəl Vladimir Putinin Braziliyada keçirilən seçkilərdə də "qalib gəldiyini” iddia etmişdi.
Noyabrın 2-də Bolqarıstanın hazırkı prezidenti İliyana Yotova seçkilərdə qalib gəlib. Səslərin 99,95 faizinin hesablanmasının nəticələrinə görə, onun və vitse-prezidentliyə namizəd Kiril Vılçevin lehinə seçicilərin 57 faizindən çoxu səs verib.











































