Avropa Oyunlarına görə İctimai Televiziyaya təşəkkür edildi

Avropa Oyunlarına görə İctimai Televiziyaya təşəkkür edildi
MEDİA
20:00 15.07.2015
1296
Bu gün İctimai Televiziya və Radio Yayımları Şurasının iclası keçirilib.
AZXEBER.COM-un məlumatına görə, iclasda Bakıda keçirilən I Avropa oyunlarında televiziyanın fəaliyyəti müzakirə edilib. Bildirilib ki, Azərbaycan bu yarışı uğurla keçirib, idmançılarımız 56 medal qazanıb və ikinci yeri tutublar. Yayım Şurası "Bakı 2015" Avropa Oyunlarından əvvəl və oyunların keçirildiyi müddətdə Oyunları operativ və obyektiv şəkildə işıqlandırdığına görə İTV kollektivinə təşəkkür edib. 
Xüsusi qeyd olunub ki, Oyunların işıqlandırılması ilə bağlı bütün istiqamətlərdə sistemləşdirilmiş iş həyata keçirilib və "Carçı" xəbərlər proqramı, "Aktual mövzu", "Müzakirə vaxtı", "Vətənin səsi", "Yeni gün", "Carçıfilm" proqramları vasitəsilə peşəkar yayım həyata keçirib.
OXŞAR XƏBƏRLƏR