Avropa Parlamenti Rafiq Tağının qətlinə dair qətnamə qəbul etdi

Avropa Parlamenti Rafiq Tağının qətlinə dair qətnamə qəbul etdi
Bütün Xəbərlər
21:39 15.12.2011
1810

Avropa Parlamenti dekabrın 15-də Azərbaycan yazıçısı Rafiq Tağının qətlini pisləyən qətnaməni qəbul edib. Sənəddə deyilir ki, Avropa Parlamenti Azərbaycan yazıçısı Rafiq Tağının qətlini qəti şəkildə pisləyir. Avroparlament hökuməti ictimaiyyəti istintaqın gedişi ilə bağlı dolğun məlumat almasını təmin etməyə çağırıb.  Avropa Parlamenti Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin açılması üçün xüsusi qrup yaratmasını alqışlayır və onu istintaqın hərtərəfli və effektiv aparılması, qatillərin ədalətli məhkəmə ilə bağlı beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır. Qətnamədə ayrıca bənd olaraq Azərbaycan hökuməti vaxtilə Rafiq Tağı ilə birlikdə “dini ədavəti qızışdırmaq” ittihamı ilə məhkum edilmiş yazıçı Samir Sədaqətoğlunun təhlükəsizliyini təmin etməyə çağırılır. Avropa Parlamenti xatırladır ki, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiya söz və ifadə azadlıqlarına, o cümlədən din və inanc sistemlərinin tənqid edilməsinə təminat verir. Qətnamədə deyilir ki, “bəzi din və inanc sistemlərinin tərəfdarlarının ayrı-ayrı şəxsləri hədələməsi və onlara qarşı zorakılığa çağırması, buna səbəb kimi həmin şəxslərin fikirlərinin “təhqiramiz” olduğunu göstərməsi tamamilə yolverilməzdir. Belə hədələrə və zorakılığa çağırışlara yol verənlər məsuliyyətə cəlb edilməlidir. Hədələrə məruz qalan şəxslərinsə təhlükəsizliyinə tam təminat verilməlidir”. Avropa Parlamenti qətnamədə İran hökumətinə də müraciət edib. Qətnamə İran hökumətini indi İran parlamentində müzakirə olunan yenilənmiş Cinayət Məcəlləsi layihəsindən “ölümə layiq olma” konsepsiyasını çıxarmağa çağırır. Avropa Parlamenti çox narahatdır ki, ayrı-ayrı şəxslərin qətlinə çağıran ölüm fitvaları İran məhkəmələrində qatillər tərəfindən öz əməllərinə bəraət qazandırılması üçün istifadə edilə bilər, öldürülən şəxsin “öldürülməyə layiq olduğu” səbəb gətirilə bilər. Parlament İran hökumətini çağırır ki, ölkənin daxilində və xaricində qətllərə çağıranlar, qətlləri planlaşdıranlar, yaxud icra edənlərin ədalət məhkəməsinə cəlb olunması təmin edilsin. Qətnamədə İran hökumətindən istənilir ki, Rafiq Tağının qətli ilə bağlı istintaqda Azərbaycan hökuməti ilə əməkdaşlıq etsin, İran ruhanilərinin ölkə daxilində, yaxud başqa dövlətin ərazisində kiminsə qətlinə çağırmasının qarşısını alsın. Azadlıq Radiosu

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil