Avropada süni intellektlə bağlı YENİ QAYDA

Avropada süni intellektlə bağlı YENİ QAYDA
DÜNYA
16:55 14.09.2026
595
Avropa İttifaqı (Aİ) Komissiyası şirkətlərin Avropa bazarına təqdim etdikləri süni intellekt sistemlərinin təhlükəsiz olduğunu sübut etməli olduqlarını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Aİ Komissiyasının sözçüsü Tomas Renye Brüsseldə keçirilən gündəlik mətbuat konfransında süni intellekt modellərinin təhlükəsizlik məqsədilə hazırlanma sürətinin azaldılması ilə bağlı sualları cavablandırarkən deyib.

Renye Aİ-nin süni intellekt təhlükəsizliyi məsələsində fəal rol oynadığını və bu sahədə öncül mövqedə olduğunu bildirib.

Onun sözlərinə görə, süni intellekt sistemlərinin hazırlanması və istifadəyə verilməsi zamanı vətəndaşları qorumaq üçün təhlükəsizlik tədbirləri həyata keçirilir.

"Süni İntellekt haqqında Qanun qüvvədədir və biz onu tətbiq edirik. İlk məlumat sorğularımızı da göndərmişik”, - deyə Renye qeyd edib.

Süni intellekt modellərinin hazırlanmasının sürətləndirilməsi və ya yavaşladılması ilə bağlı müzakirələrə toxunan Aİ rəsmisi İttifaqın texnoloji innovasiyaları dəstəklədiyini vurğulayıb.

Renye bildirib ki, süni intellekt xidmətləri qanuna və Aİ tərəfindən müəyyən edilmiş təhlükəsizlik tədbirlərinə tam uyğun olduğu təqdirdə Avropa bazarında müsbət qarşılanır.

Süni intellekt şirkəti "Anthropic”in süni intellektin inkişaf sürətinin azaldılması ilə bağlı təkliflə Aİ Komissiyasına müraciət edib-etmədiyi barədə suala cavab verən Renye belə bir görüşdən xəbərdar olmadığını deyib. O, mümkün ikitərəfli təmaslarla bağlı açıqlama verməyəcəklərini bildirib.

Renye Aİ-nin Kibertəhlükəsizlik Agentliyinin (ENISA) ən qabaqcıl süni intellekt modellərinin əksəriyyətinə çıxışının olduğunu və həmin modelləri sınaqdan keçirdiyini xatırladıb.

O vurğulayıb ki, şirkətlərin Aİ qaydalarına əməl etməsi seçim məsələsi deyil, qanuni öhdəlikdir.

"Ən yeni və innovativ modellərin Avropada istifadəyə verilməsini istəyirik, lakin təhlükəsizlik standartlarımızdan güzəştə getməyəcəyik. Öhdəlik şirkətlərin üzərinə düşür. Onlar xidmətlərinin vətəndaşlarımız tərəfindən təhlükəsiz şəkildə istifadə edilə biləcəyini sübut etməlidirlər”, - deyə Tomas Renye bildirib.

Qeyd edək ki, "Anthropic” şirkətinin baş direktoru Dario Amodei süni intellekt sistemlərinə nəzarətlə bağlı narahatlıqların artması fonunda şirkətləri süni intellekt modellərinin inkişaf sürətini azaltmağa çağırıb.

"Tesla” və "SpaceX” şirkətlərinin baş direktoru İlon Mask, eləcə də ABŞ-ın "OpenAI” şirkətinin baş direktoru Sem Altman sosial media hesablarında Amodeinin çağırışını dəstəkləyiblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident onları təltif etdi - Adlar
16:17 30.10.2026
Prezident onları təltif etdi - Adlar
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
16:06 30.10.2026
“Himayədar ailə” qayğı modelinin əhəmiyyəti ilə bağlı növbəti ictimai dinləmə keçirilib
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
16:03 30.10.2026
City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda!
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
15:34 30.10.2026
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
15:32 30.10.2026
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU