‘Avropalı deputatlar mənə zəng edib, Prezidentin çıxışını yüksək qiymətləndirdiklərini dedilər’

‘Avropalı deputatlar mənə zəng edib, Prezidentin çıxışını yüksək qiymətləndirdiklərini dedilər’
Bütün Xəbərlər
14:49 27.06.2014
722

“Bu çıxış beynəlxalq təcrübəyə malik olan bir dövlətin rəhbərinin çıxışı idi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Prezident İlham Əliyevin AŞPA Parlament Assambleyasındakı çıxışını şərh edərkən söyləyib.

O, prezidentin nitqində yüz illər boyu ölkəmizdə tolerantlıq mühitin qorunub saxlanılmasını, Bakının dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınmasını, böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmizin bu gün regionda sabitləşdirici rol oynamasını, Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilməsi ilə bağlı söylədiyi fikirləri şərh edib.

Deputat çıxışdan sonra bəzi avropalı deputatların və siyasi partiyaların rəhbərlərinin ona zəng etdiklərini və sözügedən çıxışı yüksək qiymətləndirdiklərini deyib:

“Prezidentin çıxışını sonadək izlədim. Bu çıxış onu göstərdi ki, Azərbaycan Avropa standartlarına uyğun bir dövlətdir və onun güclü, qüvvətli xarici siyasəti var. Prezidentin AŞPA-dakı çıxışından sonra bəzi avropalı deputatlar və siyasi partiyaların rəhbərləri mənə zəng edərək, bu çıxışı yüksək qiymətləndirdiklərini dedilər. Düşünürəm ki, bu çıxış beynəlxalq təcrübəyə malik olan bir dövlətin rəhbərinin çıxışı idi”.

Xatırladaq ki, iyunun 24-də prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib. Dövlət başçısı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə danışmış, həmçinin AŞPA deputatlarının suallarını cavablandırmışdır.

AZXEBER.COM 

OXŞAR XƏBƏRLƏR