Avropalı müşahidəçi qrupu bu gün Bakıya gəlir

Avropalı müşahidəçi qrupu bu gün Bakıya gəlir
Bütün Xəbərlər
13:15 07.10.2013
708

Avropa Parlamentinin 7 deputatı prezident seçkilərini müşahidə edəcək

Avropa Parlamentinin üzvləri Azərbaycanda prezident seçkilərini müşahidə edəcəklər. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, Avropa Parlamentinin 7 deputatı öz seçki müşahidə missiyasını başlamaq üçün bu gün Bakıya gələcək. Onlar müxtlif beynəlxalq təşkilatları təmsil edəcək 300 nəfərdən artıq beynəlxalq müşahidəçi ilə birgə Azərbaycanda 9 oktyabr tarixli prezident seçkilərini izləyəcəklər. 

Məlumata görə, missiya Azərbaycanda 2013-cü il tarixli prezident seçkilərinin ölkənin beynəlxalq öhdəliklərinə və dövlət qanunvericiliyinə uyğun şəkildə aparılıb-aparılmamasını qiymətləndirəcək.  Avropa Parlamentının deputatları 7-8 oktyabrda Azərbaycanın seçki orqanları, beynəlxalq seçki müşahidə təşkilatları, prezidentliyə namizədlər, QHT nümayəndələri və siyasi analitiklər ilə görüşəcək, seçki günü isə Bakıda və digər şəhərlərdə seçkiləri müşahidə edəcəklər. Onlar seçki məntəqələrinə gedəcək, səsvermə prosesini izləyəcək, seçki qutularının açılmasını və səslərin hesablanmasını müşahidə edəcəklər. Müzakirələrdən sonra beynəlxalq müşahidə missiyasının əldə etdiyi məlumatlar haqqında mətbuat konfransında birgə ilkin bəyanat veriləcək. Konfrans 10 oktyabr tarixində saat 14.30 Hyatt Regency Mehmanxanasında keçiriləcək.

OXŞAR XƏBƏRLƏR