Avropalılardan Suriyaya ultimatum

Avropalılardan Suriyaya ultimatum
Bütün Xəbərlər
12:48 24.09.2012
944
Almaniya tələb edib ki, Serbiya Avropa Birliyinə (AB) daxil olmaq barədə danışıqlara başlamazdan öncə Kosovo ilə dinc yanaşı yaşamaq barədə saziş bağlasın. Angela Merkelin bu barədə fikirlərini Belqrada Bundestaqın deputatı Andreas Şokenhof çatdırıb.
ANS PRESS “Qolos Rossii” radiostansiyasına istinadən bildirir ki, Almaniya təkidinə görə, Serbiya AB-yə daxil olmazdan öncə onun xarici sərhədləri müəyyən olmalıdır.
Serbiyanın keçmiş hökumətinin danışıqlarda iştirak edən komandasının rəhbəri Borislav Stefanoviç bildirib ki, indiyə kimi Avropa dövlətləri AB-yə girmək istəyən heç bir dövlətə qarşı belə şərtlər qoymayıb.
Belqradda Almaniyanın mövqeyini belə şərh edirlər: artıq AB-yə üzvlüklə Kosovo arasında seçim etməyin vaxtı çatıb - ABŞ Almaniyanın vasitəsi ilə Kosovo prosesini sürətləndirməyə çalışır. Siyasi elmlər professoru Predraq Simiç qeyd edib ki, yeni şərtlərin irəli sürülməsi ilə aydın olur ki, Serbiyanın AB-yə daxil olması perspektivi çox uzaq və qeyri-müəyyəndir.
Siyasi analitik Slobodan Antoniçin fikrincə isə, Almaniyanın bu şərti Avstriya-Macarıstan tərəfindən 1914-ci ildə Serbiyaya verilmiş ultimatuma bənzəyir. Onda da Serbiya Avstriyanın qoyduğu bir şərti qəbul etməmişdi və bununla da Birinci Dünya müharibəsi başlamışdı.
OXŞAR XƏBƏRLƏR