“Avroviziya 2025” başladı

“Avroviziya 2025” başladı
DÜNYA
23:08 13.05.2025
493
İsveçrənin Bazel şəhərində "Avroviziya 2025” mahnı müsabiqəsinin ilk yarımfinalı başlayıb.

Azərbaycan təmsilçisi olan "Mamagama” qrupu yarımfinalın ikinci hissəsində 10 nömrə altında səhnəyə çıxacaq. Qrupun Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət üzvləri "Run with U" mahnısını ifa edəcəklər.

Qeyd edək ki, ikinci yarımfinal mayın 15-də, final isə mayın 17-də başa tutacaq.
OXŞAR XƏBƏRLƏR