Avroviziyada Dima Bilan ilə birlikdə səhnəni bölüşən və böyük uğura imza atan rusiyalı fiqurlu konkisürən Yevgeni Pluşenkonun ilk evliliyindən olan oğlu Yeqor Yermak müsahibəsində atasından təxminən doqquz il maddi dəstək almadığını və onun iştirakı olmadan böyüdüyünü bildirib.
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Yeqor tanışlarının geyinilmiş paltarları ilə böyüdüyünü və konki sürmək üçün atasında etdiyi xahişlərin rədd edildiyini iddia edib.
O, bütün ehtiyaclarını anasının və babasının ödədiyini deyib.
Yermak həmçinin atası ilə əlaqə saxlamağa çalışdığını, lakin rədd cavabı aldığını, atasının onunla görüşməkdən imtina etdiyini bildirib.
Bundan əlavə, o, ögey atasını "ata" hesab etdiyini etiraf edib.
Aysel











































