Avroviziya təmsilçimiz barəsində başlanan cinayət işininə xitam verildi
Bütün Xəbərlər
09:04 19.12.2012
892
Ötən il dostunu bıçaqlamaqda təqsirli bilinən Azərbaycanın “Eurovision-2008”' təmsilçisi Samir Cavadzadə barəsində başlanan cinayət işininə xitam verilib. Nəsimi rayon polis idarəsindən verilən məlumata görə, 2011-ci ildə dostu və otaq yoldaşı Elvin Hüseynovu aralarındakı mübahisə zamanı boyun nahiyəsindən bıçaqlayan Samir Cavadzadə barəsindəki cinayət işi ilə bağlı son qərar verilib. Nəsimi rayon polis idarəsinin istintaq şöbəsi tərəfindən cinayət məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə başlanan cinayət işinə xitam verilib.