"Avroviziya"da fələstinli ifaçının səhnəyə çıxması tələb olunur

"Avroviziya"da fələstinli ifaçının səhnəyə çıxması tələb olunur
MƏDƏNİYYƏT
18:06 29.01.2026
706
İtaliya "Avroviziya 2026"da fələstinli ifaçının səhnəyə çıxmasını istəyir.

AZXEBER.COM xəbər verir ki, İtaliyanın ictimai yayımçısı RAI rəsmi şəkildə Avropa Yayım İttifaqına (AYİ) və Avstriyanın ictimai kanalı ORF-ə müraciət edərək bu il şouda fələstinli ifaçının müsabiqədənkənar formatda səhnəyə çıxmasına icazə verilməsini təklif edib. 

"Euronews"un məlumatına görə, RAI rəhbərliyində təmsil olunan üç nəfərin irəli sürdüyü bu təşəbbüs İsrailin müsabiqədə iştirakı ətrafında yaranan müzakirələr fonunda ictimai balansın qorunması məqsədi daşıyır. Belə ki, İsrailin iştirakı bir sıra ölkələrdə etirazlara və boykot çağırışlarına səbəb olub.

Bildirilib ki, bu addım siyasi mövqe daşımır, mədəni təşəbbüsdür:

"Əgər musiqinin təcəssüm etdirdiyi inklüzivlik və qardaşlıq dəyərlərini sarsıtmaq istəmiriksə, Fələstini "Avroviziya" səhnəsində qarşılamaq lazımdır".

Xüsusilə qeyd olunur ki, bu müraciət San-Remo-2026 festivalının iştirakçısı Levantenin açıqlamasından sonra edilib. Müğənni bildirib ki, milli seçimdə qalib gələcəyi təqdirdə İsrailin müsabiqədə iştirakına etiraz olaraq İtaliyanı "Avroviziya"da təmsil etməkdən imtina edəcək.

RAI-nin kommunikasiya üzrə direktoru Fabrizio Kazinelli "Euronews"a açıqlamasında məsələyə belə münasibət bildirib:

"RAI bu vəziyyətə göz yuma bilməzdi. Müraciət daxil olan kimi mövqeyimizi açıq şəkildə ifadə etdik".

Xatırladaq ki, bundan əvvəl Avstriyanın ictimai yayım şirkəti "Österreichischer Rundfunk" (ORF) "Avroviziya-2026"da Fələstin bayrağının qadağan edilməyəcəyini, həmçinin İsrail əleyhinə mümkün səsləndirmələrin efirdə səssizləşdirilməyəcəyini təsdiqləmişdi.

Həmçinin, Niderland, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələr İsrailin müsabiqəyə buraxılmasına etiraz olaraq bu il yarışda iştirak etməyəcəklərini açıqlayıblar.

Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni "Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı